Şamaxılılara "Şorik" deyən Orxan: "Heç kim qarışmasın" (VİDEO)

ŞOU-BİZNES 21 okt 2018, 19:25

Ötən gün müğənni Orxan Babazadənin ATV-də yayımlanan "Zaurla Günaydın" verilişindəşamaxılıları "Şorik" adlandırması birmənalı qarşılanmayıb. 

Sosial şəbəkə istiafadəçiləri müğənnidən şamaxılılardan üzr istəməsini tələb ediblər. 

Bütün yazılanardan təngə gələn Orxan Babazadə axşam saatlarında şəxsi "Instagram" hesabında video paylaşıb və dediyi sözə aydınlıq gətirib:

"Salam, əziz dostlar. Mən bu gün ATV kanalında Zaurun verilişində oldum. İlk öncə onu qeyd edim ki, mən özüm əsilli-köklü şamaxılıyam, Şamaxı el-obasındanam. Elnarə də, Pünhan da yerlimdir. Onlar da mənimlə ailəvi yaxındırlar. 

Mən onlarla zarafat edirəmsə, bunun heç kimə aidiyyatı yoxdur, heç kim o söhbətə qarışa bilməz. Onu da qeyd edim ki, kimsə kiminləsə zarafat edirsə, girib qarışa bilməz. Bu söhbətə heç kim qarışmasın" (Baku.ws)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top