Akardan Şoyquya: "Azərbaycan 30 il daha gözləyə bilməz"

DÜNYA 12 okt 2020, 17:46

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.


Demokrat.az xəbər verir ki, görüş zamanı Ermənistanın Azərbaycana təcavüzü, İdlib və Liviya ilə bağlı müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edilib.


Hulusi Akar həmkarına mülki əhaliyə hücum edən Ermənistanın buna son verməsi və işğal etdiyi ərazilərdən çıxarılmasının vacib olduğunu bildirib:


"Türkiyə öz torpaqlarını geri almaq üçün başlatdığı əməliyyatda Azərbaycanın yanındadır. Azərbaycan məsələnin həlli üçün 30 il daha gözləyə bilməz".(mediapost.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top