Gürcüstanda daha 478 nəfər koronavirusa yoluxdu

DÜNYA 12 okt 2020, 11:36

Gürcüstanda son sutkada koronavirusa 478 yeni yoluxma faktı təsdiqlənib, 211 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.


“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 12 272 nəfərə çatıb. Sağalanların sayı 6 538, vəfat edənlərin sayı isə 91 olub.


Hazırda karantində 5 590, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz və ya yüngül keçirən 1 393 nəfər isə xüsusi otellərdə müalicə olunur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top