“Gərək mikrofonu başına çırpardım” – Pişik Günellə Oksana Zauru yıxıb-sürüdü

ŞOU-BİZNES 20 okt 2018, 18:07

Müğənni Günel Ələkbərova ilə aparıcı Zaur Kamal arasında qalmaqal yaşanıb.

 

Primetime.az xəbər verir ki,  bu haqda sənətçi sosial şəbəkədə yazıb. Zaurun “5/5” proqramında rəqqasə Oksana Rəsulovodan övladının soyadını və atasının adını soruşduğu görüntü sosial şəbəkədə paylaşılıb. Günel isə videoya şərh yazaraq, Zaurun bu addımına əsəbləşdiyini söyləyib:

 

“Adama deyərlər sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən ailəni soruşan var? Bəsdir, başını başqasının həyatına soxdun. Oksana yeni ana olub. Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi studiyaya gələ. Gərək onda mənə də “Uşağının atası kimdir” sualını verəndə mikrofonu başına çırpardım”. Oksana isə Günelin şərhinə “Tərbiyyə başqa şeydir” cavabını yazıb.

 

***

Məsələ ilə bağlı Zaur Kamal ilə əlaqə saxlasaq da, o, bu mövzuda danışmaq istəmədiyini bildirdi.

 

DİGƏR XƏBƏRLƏR

Top