Türkiyədə dünəndən başlanan yanğın hələ də davam edir — VİDEO

DÜNYA 10 okt 2020, 21:05

Türkiyənin Hatay vilayətində dünən günorta saatlarından başlanan yanğın hələ söndürülməyib.


“Anadolu” agentliyi xəbər verir ki, yanğın Arsuz rayonunun Nərgizlik və Qarahüseynli məhəllələri arasında davam edir.


Yanğının söndürülməsi üçün həm quru, həm də hava yolu ilə müdaxilə olunur.


Belen rayonunun mərkəzində də alovların yenidən yüksəldiyi bildirilir.


Yanğının söndürülə bilməməsində əsas səbəbin hava şəraiti və ərazi şərtləri olduğu qeyd edilir.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top