Ermənistanda koronavirusdan ölənlərin sayı 1 016-ya yüksəldi

DÜNYA 10 okt 2020, 16:06

Ermənistanda daha 649 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 55 736-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 1 016-ya çatıb. İndiyədək 45 771 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 8 646 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top