ABŞ İranın 18 bankına sanksiya tətbiq etdi

DÜNYA 09 okt 2020, 23:57

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran iqtisadiyyatına qarşı tədbirlər çərçivəsində oktyabrın 8-də bu ölkənin 18 iri bankına qarşı sanksiya tətbiq edib.


Demokrat.az xəbər verir ki, bunlardan 16-sı İran maliyyə sektorunda apardıqları əməliyyatlara, 1-i sanksiya altındakı bankın mülkiyyətində və ya nəzarətində olduğuna, 1-i isə İranın hərbi sisteminə bağlılığına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.


ABŞ-ın maliyyə naziri Steven Mnuçun sözügedən bankların qanunsuz dollar hesablaşmalarını dayandırmaq barədə öhdəliyi pozduqlarını bildirib: “Bizim sanksiya proqramımız İran terrorçuluğa dəstəyinə son verənə və nüvə proqramını dayandırana qədər davam edəcək". /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top