Tbilisidə epidemioloji vəziyyət pisləşdi

DÜNYA 09 okt 2020, 15:18

Gürcüstanın paytaxtı Tbilisidə son sutkada koronavirusa 179 yeni yoluxma halı qeydə alınıb.


“Report”un yerli bürosu xəbər verir ki, günlük müqayisədə yoluxma sayı 45 hal artıb.


Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib ki, epidemioloji vəziyyətin pisləşməsinə səbəb şəhər sakinlərinin qaydalara riayət etməməsidir.


Tbilisidən sonra COVID-19-a ən çox yoluxma faktı 190 olmaqla Acarıstanda təsdiqlənib. Ötən günlə müqayisədə yoluxanların sayı 40 nəfər azalıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top