Ermənistanda bir gündə 614 yoluxma faktı qeydə alındı

DÜNYA 09 okt 2020, 11:35

Ermənistanda daha 614 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 55 087-yə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 1 010-a çatıb. İndiyədək 45 528 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 8 246 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top