“Yerevanla Bakı arasında operativ əlaqə yaradılıb” - Paşinyandan SENSASSİON AÇIQLAMA

GÜNDƏM 19 okt 2018, 21:31

Ermənistan-Azərbaycan dövlət sərhəddində və Qarabağda təmas xəttində sakitlikdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, bu, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə əldə edilən razılaşmaların nəticəsidir. Bundan əlavə, Düşənbədə əldə edilən razılaşmalar çərçivəsində Ermənistanla Azərbaycan arasında stabil operativ əlaqə yaradılıb. 

“Demək olar ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq. Onun tərəfindən göndərilən məlumat da eyni vaxtda bizə çatdırılacaq. Biz birbaşa əlaqəyə çıxırıq, zərurət olduqda yaranmış vəziyyətlə bağlı mənə və Əliyevə məlumat verilir”, – “Arminfo” agentiyi Paşinyandan sitat gətirib.

Qeyd edək ki, rəsmi Bakı bu məlumatı şərh etmir. (Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top