Bu il Almaniyadan çıxarılan azərbaycanlıların sayı məlumdur - RƏSMİ

SOSİAL 19 okt 2018, 14:26

Bir çox ölkə vətəndaşları kimi, azərbaycanlılar arasında da rəsmi ya da qeyri-rəsmi formada xaricə gedib orada yaşayanlar olur.  Amma xaricə üz tutan insanların heç də hamısının şansı üzünə gülmür.


 
Bəzi hallarda üz tutub getdikləri ölkələrin sərt qaydaları ilə qarşılaşırlar və bu zaman bir tək yol qalır: o da geri qayıtmaq. Bu geriqayıtma prosesi  isə readmissiya üzrə həyata keçirilir.

 

Azərbaycanlıların ən çox readmissiya edildiyi ölkə Almaniyadır.

 

Son zamanlar azərbaycanlıların Almaniyadan deportasiyası haqqında məlumatlar yayılır.


 
O zaman maraqlıdır: son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?


 
Dövlət Miqrasiya Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının vətəndaşları aşağıda göstərilən aylar üzrə readmissiya edilib. Ümumi say 280 nəfərə bərabərdir.


 
Yanvar ayı 29 nəfər
Fevral ayı 38 nəfər
Mart ayı 33 nəfər
Aprel ayı 30 nəfər
May ayı 21 nəfər
İyun ayı 38 nəfər
İyul ayı 48 nəfər
Avqust ayı 24 nəfər
Sentyabr ayı 19 nəfər

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top