Putindən Ermənistana növbəti rədd cavabı

DÜNYA 07 okt 2020, 00:23

Kreml “Dialoq üçlüyü” qrupunun həmtəsisçisi Ruben Vardanyan və milyarder Samvel Karapetyanın Dağlıq Qarabağla bağlı Prezident Vladimir Putinə müraciətinə verdiyi cavabla Ermənistanın ümidini növbəti dəfə qırıb.

 

Demokrat.az xəbər verir ki, Ruben Vardanyan və milyarder Samvel Karapetyan Rusiya liderinə “Dağlıq Qarabağdakı vəziyyətə müdaxilə etməsi ilə bağlı” yalvarış dolu müraciət ediblər.


Medianın bu istiqamətdə sualına cavab olaraq isə Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Putin bu müraciətdən xəbərdardır:


“Əlbəttə, müraciət edənlərlə bağlı Putinə məzurə olunub. Onların emosional vəziyyəti başadüşüləndir”.


Bunun ardınca Peskovun dedikləri isə ermənilərə əsl “soyuq duş” təsiri bağışlayıb:


“Rusiyanın bütün səyləri bölgədə atəşkəsə və danışıqların bərpasına yönəlib. İndiki vaxtda daha aktiv addımlar təsəvvür etmək çətindir”.


Qeyd edək ki, Qarabağda toplaşan erməni işğalçı ordusu və separatçı-terrorçular Azərbaycan Ordusundan ağır zərbələr aldıqca və torpaqlarımız işğaldan azad edildikcə digər dövlətlərə yalvararaq, atəşkəsə nail olunmasını istəyirlər. /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top