Türkiyədə son sutkada 55 nəfər koronavirusdan öldü

DÜNYA 06 okt 2020, 23:44

Türkiyədə son sutka ərzində daha 55 nəfər koronavirusdan ölüb.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 553  nəfərə çatıb:


"Bu gün ölkədə  koronavirus testindən  keçən 112 421  nəfərdən 1 551-nin cavabı pozitiv çıxıb. Türkiyədə ümumilikdə 327 557 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.  Müalicə olunan 1 229  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 287 599  nəfər təşkil edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top