Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”

DÜNYA 06 okt 2020, 20:03

“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən vacib vasitələrdən birinə çevrilib”.

 

“Milliyet”in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Makronun müsəlmanların çoxluq təşkil etdiyi şəhərdə verdiyi “İslam böhrandadır” açıqlaması hörmətsizlikdən də əlavə açıq şəkildə təxribatdır. Sən kimsən ki, İslamın strukturlaşdırılması kimi bir açıqlamanı dilinə gətirirsən. Bu, hədsizlikdir, ədəbsizlikdir. Avropada yaşayan müsəlmanların canı, malı o ölkələrə əmanətdir. Belə bir təxribata səssiz qala bilmərik”, - deyə R.Ərdoğan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top