PKK Suriyada yenə terror törətdi — Ölənlər var

DÜNYA 06 okt 2020, 19:50

Suriyanın şimalında yerləşən Bab rayonunda bomba yüklənmiş yük maşını ilə hücum nəticəsində 7 dinc sakin ölüb, 26 mülki vətəndaş yaralanıb.


“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.


Bildirilib ki, terror sakinlərin sıx olduğu ərazidə törədilib. Yaralılar Babdakı hospitala yerləşdirilib.


Qeyd edək ki, Bab rayonu Türkiyə Silahlı Qüvvələri ilə Suriya Azadlıq Ordusunun birgə həyata keçirdiyi “Fırat kalkanı” antoterror əməliyyatı nəticəsində terrorçulardan təmizlənib.


Oktyabrın 5-də Babda təhlükəsizlik qüvvələrin yerləşdiyi ərazidə törədilən partlayış nəticəsində 2 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.


Araşdırma nəticəsində məlum olub ki, hər iki terrou terrorçu PKK/YPG-PYD-nin törədib. Suriyanın Tel Rıfat və Menbic bölgələrini işğal altında saxlayan bur terrorçu qruplaşma ölkənin Bab, Azez, Cerablus və Afrin rayonlarına tez-tez terror hücumları təşkil edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top