“Vaqner” Qarabağ müharibəsinə qatılır?

TƏHLİL 06 okt 2020, 13:07

Bununla bağlı xəbər sosial şəbəkələrin erməni seqmentində sevinc, Azərbaycan seqmentində isə narahatlıq və “Rusiyanın müharibəyə qatılması” fikrini yaratdı.


Amma açıq qalan sual var və məsələyə ortaya atılmış iddia üzərindən yox, bu kontekstdə baxmaq lazımdır.


“Vaqner”in Ermənistan tərəfindən döyüşə qatılması planı varsa, bel bir plan niyə sosial şəbəkələrdə yayılsın, yaxud yayılması nəyə hesablanıb?


Açıq qalan bu sualın cavabı məsələni anlamağa imkan verir: “Vaqner”in müharibəyə qatılması planı olsaydı, bu açıq mənbələrdə yayılmazdı. Yayılırsa, deməli, ictimai rəyə hesablanmış addımdır.


Bu iddianın arxasında Rusiya və Ermənistan olmaqla iki tərəf var:


- İddianın yayılması və tirajlanmasında Ermənistan maraqlıdır və Azərbaycan Ordusunda, Azərbaycan ictimaiyyətində xof yaratmaq məqsədi daşıyır;


- Rusiya belə bir iddia ilə Azərbaycana mesaj verə bilər. Hərçənd, ruslar bununla daha çox erməni ictimai seqmentinə “dəstək veririk” siqnalını ötürür. Çünki müharibənin gedişatı prosesləri Nikolun hakimiyyətlə vidalaşması, yəni Qərb komandasının taxtdan düşməsinə doğru aparır, rusların döyüşlərə indiyə qədər müşahidəçi qalması da region üzərində geosiyasi  razılaşmalarla (!) yanaşı, bu marağından irəli gəlir. Lakin ruslar İrəvanda “taxt oyunları”nı qazansa belə, erməni ictimaiyyətində “Rusiya zəmanəti” rəyi ciddi zədələnib. “Vanqer” iddiası da bu rəyə hesablanıb. 


Azərbaycanın hərbi əməliyyatları öz torpaqlarında anti-terror əməliyyatıdır və ruslar rəsmi şəkildə müdaxilə edə bilməzlər, etmirlər... Bu baxımdan, “Vanqer” iddiası ortaya atılır və zamanı gələndə ruslar ermənilərin “bizi müdafiə etmədiniz” ittihamına “döyüşçüləri göndərmişdik” cavabını verəcək.


Bununla yanaşı, kiçik çaplı silahlarla döyüşən “Vaqner”in bomba yağışı altındakı Xankəndiyə göndərilməsi də inandırıcı deyil, hər halda ruslar muzdlularını ölmək üçün dronların üzərinə göndərməz.


Artıq “Vanqer”dən bu iddialarla bağlı təkzib gəlib, lakin gəlsələr belə, əmin olun ki, daha çox üçüncü dərəcəli ölkələrdə hazırlıqsız hərbi qruplara qarşı döyüşən bu muzdluların nə ordumuzun hərbi texnikası, nə də xüsusi təyinatlı qüvvələri qarşısında duruş gətirməsi çətindir.


Asif Nərimanlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top