Türkiyədə daha 57 nəfər koronavirusdan öldü

DÜNYA 05 okt 2020, 23:46

Türkiyədə son sutkada daha 57 nəfər koronavirusdan ölüb.

 

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 498  nəfərə çatıb:

 

"Bu gün ölkədə  koronavirus testindən  keçən 115 632  nəfərdən 1 603-nün cavabı pozitiv çıxıb. Türkiyədə ümumilikdə 326 046 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.  Müalicə olunan 1 320  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 286 370  nəfər təşkil edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top