Türkiyə Nazirlər Kabinetinin iclası başladı — Gündəlikdə Qarabağ da var

DÜNYA 05 okt 2020, 17:36

Türkiyədə Nazirlər Kabinetinin iclası başlayıb.


“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, toplantıya Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.


İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları da müzakirə olunur. 


Toplantıda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə edilməsi gözlənilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top