İran XİN-dən Ermənistana ÇAĞIRIŞ

DÜNYA 05 okt 2020, 16:05

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Ermənistanın Dağlıq Qarabağın işğalına son verməsi barədə çağırış edib.


Demokrat.az-ın məlumatına görə, nazirlik rəsmisi keçirdiyi mətbuat konfransında qeyd edib ki, problemin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır:


“İran problemin keçici yox, qalıcı bir şəkildə həll olunmasını istəyir. Azərbaycan torpaqlarının bütövlüyünə hörmət göstərilməli və işğalçılar ərazidən çəkilməlidir. Siyasi müzakirələr ən qısa müddətdə yenidən başlamalı, silahlar durmalıdır. Bu yanğının qısa müddətdə sönməsi üçün hamımız köməklik göstərməliyik.


İrandan Ermənistana hərbi maşınların heç bir şəkildə keçməsinə icazə verilmir. Bu, İran siyasətinə zidd olan bir şeydir”.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top