Gəncədə Ermənistanın evləri vurması nəticəsində ölənlər və yaralananlar var — FOTOLAR

HADİSƏ 04 okt 2020, 12:33

Ermənilərin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

 

"Report"un bölgə müxbirinin məlumatına görə, nəticədə ölənlər və yaralananlar var.


Qeyd edək ki, düşmən silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.


Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirllib ki, hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top