Ermənilər Tərtərə yenə mərmilər atdı — Bir çox evlərə ziyan dəydi

HADİSƏ 04 okt 2020, 12:52

Cəbhədə şiddətli döyüşlər davam edir. 


"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur. 


Düşmən yenidən rayonun dinc sakinlərini hədəf aıb. 


Nəticədə mülki evlərə, mülki obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. 


Hazırda Azərbaycan Ordusu düşmənə lazımi cavab verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top