Ermənistan vətəndaşı Tbilisidə etnik zəmində 2 əcnəbini qətlə yetirməyə cəhd edib

HADİSƏ 04 okt 2020, 13:25

Ötən gün axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yerləşən türk restoranlarının birində bıçaqlanma hadisəsi baş verib.


“Report”un yerli bürosu xəbər verir ki, 29 yaşlı Ermənistan vətəndaşı biri türk, digəri isə yeni zelandiyalı olmaqla iki əcnəbi vətəndaşa soyuq silahla hücum edib.


İnsidentdən öncə o, həmin şəxslərin milli mənsubiyyəti ilə maraqlanıb. 


Yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.


Polis Ermənistan vətəndaşını hadisədən dərhal sonra saxlayıb. Əvvəllər məhkum olunan həmin şəxs iki nəfəri qəsdən qətlə yetirməkdə cəhddə ittiham olunur.


Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır. Bu cinayət əməlinə görə 16 ildən 20 ilədək həbs cəzası tətbiq olunur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top