Tramp “ABŞ-ı yenidən möhtəşəm etməyə” qayıdacaq

DÜNYA 04 okt 2020, 12:59

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə işinə geri qayıdacağını açıqlayıb.


“İnterfax” xəbər verir ki, o, sağaldıqdan sonra “ABŞ-ı yenidən möhtəşəm etməyə” çalışacağını bildirib.


“Bura gələndə özümü yaxşı hiss etmirdim. İndi daha yaxşıyam. İşə geri qayıtmalıyam, çünki yenə də Amerikanı möhtəşəm etməliyik. Bu istiqamətdə çox şey əldə etmişik, amma hələ görüləcək çox işlər var”, - deyə o bildirib.


Tramp onu dəstəkləyən hər kəsə təşəkkür edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top