Ermənilərin boşaltdığı Xankəndidə həyəcan siqnalı verilir — VİDEO

HADİSƏ 04 okt 2020, 11:22

Sentyabrın 27-də düşmənin təxribatlarından sonra dağlıq Qarabağda başlayan döyüş əməliyyatları davam edir.


Azərbaycan ordusunun addım-addım irəliləməsindən qorxuya düşən ermənilər döyüş postları kimi, işağl altında olan şəhərlərimizdən də kütləvi surətdə qaçmağa başlayıblar.


Demokrat.az-ın məlumatına görə, Xankəndidə yenidən həyəcan siqnalı işə düşüb. Şəhərdə qalan insanlar avtomobillərə dolub Yerevanın yolunu tuturlar. 


Şəhərdə məskunlaşdırılan yüzlərlə ailə hər şeyini toplayaraq avtobuslarla Ermənistan istiqamətində üz tutur. Xankəndidə olan rusiyalı jurnalistlər bu barədə məlumat veriblər.


Məlumata görə, şəhərdəki bütün mağazalar, kafelər, ictimai iaşə obyektləri qapılarına qıfıl vurublar. Rabitə yoxdur. Küçələrdə insanları nadir hallarda görmək mümkündür.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top