"Vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün təcili tədbirlər görün!" - Arif Hacılıdan hökümətə ÇAĞIRIŞ

GÜNDƏM 17 okt 2018, 23:19

Bakıda, Nəsimi rayonu, Səməd Vurğun küçəsində oktyabrın 17-də sürüşmə baş verib. 


Demokrat.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı özünün “facebook” səhifəsində bu sözləri yazıb.


“Bakıda təhlükəli vəziyyət yaranıb. İndi tamam başqa ərazidə, Səməd Vurğun küçəsində sürüşmə var. Vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün təcili tədbirlər görün! Nə baş verdiyi, təhlükələri önləmək üçün hansı işlər görüldüyü barədə xalqa məlumat verin!”, -Arif Hacılı bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top