NATO-nun baş katibi Ankaraya gəlir

DÜNYA 03 okt 2020, 12:15

Oktyabrın 5-də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.


Türkiyənin Xarici İşlər Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə Y.Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.


Məlumata görə, NATO baş katibinin Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu ilə də görüşü nəzərdə tutulub.


Bildirilib ki, görüşdə NATO gündəmində yer alan və bölgədə cərəyan edən mövcud məsələrinin müzakirəsi aparılacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top