Kanadada rekord sayda yoluxma qeydə alındı

DÜNYA 03 okt 2020, 09:22

Kanadada bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Belə ki, ölkədə bir sutka ərzində 2 124 nəfərdə koronavirus aşkarlanıb.


Virusa yoluxanların ümumi sayı 162 659 nəfərdir. Ən çox yoluxma halı Kvebek və Ontario əyalətlərində qeydə alınıb.


Pandemiya nəticəsində ümumilikdə 9 409 pasiyent həyatını itirib. Müalicə olunan 137,6 min nəfər isə sağalıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top