Makrondan qalmaqallı açıqlama: "İslam böhran içindədir"

DÜNYA 02 okt 2020, 22:15

Fransa prezidenti Emmanuel Makron İslamın bütün dünyada böhran içində olduğunu, bunun təkcə Fransada müşahidə olunmadığını bildirib.


"Report" "Aljazeera"ya istinadən xəbər verir ki, E.Makronun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Artıq “islamçı radikalizm” ifadəsi əvəzinə məhz İslam dininin ittiham edilməsi müsəlmanlar arasında böyük narazılıq yaradıb.


Fransada dövlətin sekulyarizmin müdafiəsi və İslamın “liberallaşdırılması” siyasətinə başlayacağı deyilir.


Xatırladaq ki, Fransada məktəblərə hicabla gəlmək, dövlət qulluqçularının hicab geyinməsi artıq uzun müddətdir ki, yasaqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top