Azərbaycanda pambıq istehsalı 34 faiz artıb

İQTİSADİYYAT 17 okt 2018, 16:07

Oktyabrın 16-na olan vəziyyətə görə, Azərbaycanda 126 min ton xam pambıq toplanıb və emala verilib. Bu, ötən ilin göstəricisindən 34 faiz çoxdur. 


Bu barədə Demokrat.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Bu il ölkənin 23 rayonunda 132,5 min hektarda (-2,9 faiz) pambıq əkilib. Dörd rayonda əkin sahəsi azalıb. 


Hesabat dövründə altı rayonda (Ağcabədi, Saatlı, Sabirabad, Beyləqan, Bərdə və Biləsuvar) 10 min tondan artıq məhsul yığılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top