ABŞ-da atışma oldu — Yaralılar var

DÜNYA 01 okt 2020, 09:35

ABŞ-ın Viskonsin ştatında atışma olub.


“Report” xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.


Məlumata görə, hadisə Miluoki şəhərində qeydə alınıb. Atışma zamanı azı 7 nəfər xəsarət alıb. 


Məlumata görə, avtomobildə olan naməlum şəxs 100 nəfərin iştirak etdiyi dəfn mərasiminin iştirakçılarına atəş açıb. 


Agentlik qeyd edib ki, zərərçəkənlərdən heç birinin həyatı üçün ciddi təhlükə yoxdur.


Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top