"Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır" — Qurban Qurbanov

İDMAN 30 sen 2020, 22:24

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Polşanın "Legiya" klubu ilə qarşılaşacaq.

 

Demokrat.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov sabahkı oyunla yanaşı fikirlərinin ölkəmizdə olduğunu da gizlətməyib: "Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standard vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Fikrimiz eyni zamanda öz ölkəmizdə qalıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".

 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. /Offsideplus.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top