Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi atəşə tutulub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, atılan top mərmilərindən bir neçəsi yaşayış evlərinə və həyətlərə düşüb.
Nəticədə evlərə və mal-qaraya zərər dəyib.