"İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatları davam etdirilir"

SİYASƏT 30 sen 2020, 19:53

İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks hücum əməliyyatları davam etdirilir.

 

Demokrat.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

 

O bildirib ki, itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib:

 

“Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb”.

 

A.Eyvazov Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikalarının bölmələrimiz tərəfindən məhv edildiyini və Füzuli rayonu istiqamətində yerləşən 4-cü taborun ağır artilleriya atəşinə tutulduğunu diqqətə çatdırıb.

 

“Ümumiyyətlə, əks hücum əməliyyatı başlayandan bu günə qədər düşmənin 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. 130-dan artıq tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, beş silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib”, - deyə A.Eyvazov qeyd edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top