Azərbaycana qaçmaq istəyən 6 məhkum saxlanıldı — VİDEO

DÜNYA 30 sen 2020, 16:55

Sentyabrın 23-də Dağıstanda cəzaçəkmə müəssisəsindən qaçan 6 məhkum saxlanılıb.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Penitensiar Xidmətinin mətbuat bürosu məlumat verib. Bildirilib ki, məhbuslar Kalmıkiyada Ulan-Xol kəndi yaxınlığında qatara minmək istəyərkən yaxalanıblar. 


Məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar. Məhkumlardan biri Tacikistan, yerdə qalanlar isə Dağıstan vətəndaşlarıdır. 


Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onlar istintaqa ilkin izahatları zamanı Azərbaycana qaçmaq istədiklərini deyiblər.(mediapost.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top