Fransa prezidenti E. Makron Ermənistanın müdafiəsi obrazında

SİYASƏT 30 sen 2020, 16:34

ATƏT-in Minsk qrupunun həmsədri Fransa Ermənistanı siyasi dəstək verən ölkə olaraq Minsk qrupunda birtərəfli şəkildə beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı fikir irəli sürdü. Fransa prezidenti E. Makronun məhz çağırışı ilə BMT TŞ toplanmaqla Ermənistanı cəzadan qorumağa çalışır. 


Bu gün prezident E.Makron ABŞ və Rusiya dövlət başçılarına zəng edərək Qarabag məsələsini müzakirə və Azərbaycanın hücumlarını dayandırmasını müzakirə edib. 


Göründüyü kimi, E. Makron artıq Qarabağın işğaldan azad edilməsinin əleyhinədir. Və bunu açıq şəkildə qeyd etdi. Və bu istiqamətdə diplomatik hərəkətlilik edir. 


Qeyd edək ki, E. Makron Türkiyə qarşı Yunanıstanla bir cəbhədədir və Qarabağ məsələsində Türkiyənin rolunu qabardaraq burada Ermənistanla eyni siyasi xətti bölüşür.


Fransa rəhbərliyinin mövqeyi heçnəyi dəyişməyəcək. Bəynəlxalq hüququn diktə etdiyi tərəfi deyil, işğalçının yanında durmaqla Minsk qrupu çərçivəsində fəaliyyətinə kölgə salmış oldu. Bundan sonra,  Azərbaycan Fransanın Minsk qrupunda təmsilçiliyini qəbul etməməlidir. Ümumiyyətlə, hazırkı prosesdə Minsk qrupu  funksiyasını itirib.


Mİlli Cəbhə Partiyası olaraq Fransanın bu siyasətini Azərbaycana qarşı işğala dəstək kimi qiymətləndiririk.


Azərbaycan Fransaya etirazını bildirməli və beynəlxalq hüququn yanında olmasını diqqətlərinə çatdırmalıdır. Fransa prezidenti E. Makaronun "təşəbbüsləri" nəticəsiz qalacaq. Artıq, Fransa harda olmağa çalışırsa qarşısına Türkiyə çıxır. 


Liviyada, Nigerdə, Malidə, Liviyada, Aralıq dənizində, Suriyada nəhayət Qafqazda Türkiyə Fransanın işğalçı təşəbbüslərinin qarşısını alır. Çünki, E. Makron haqsız və işğalçı tərəfdədir.


Məhəmməd Əsədullazadə,
MCP sədrinin müavini, politoloq


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top