"Ermənistan Rusiyanın hərbi bazasından istifadə edə bilər — Paşinyan

DÜNYA 30 sen 2020, 11:44

Rusiya hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir.


Unikal.org “News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı jurnalistlərlə görüşdə bildirib.


“Konkret vəziyyətlərdə bazanın potensialından istifadə edilməlidir”, - deyə o vurğulayıb.


Onun sözlərinə görə, Qarabağ münaqişəsi zonasında irimiqyaslı müharibənin bu mərhələsində “potensialdan istifadəyə zərurət yaranmayıb”.


“Lakin biz gözlənilməz vəziyyətimlə üzləşmişik və heç kim hadisələrin gələcək inkişafını dəqiq deyə bilməz”, - deyə Paşinyan qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top