Rusiya XİN: "Bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı..."

SİYASƏT 28 sen 2020, 13:30

Moskva bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırır.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.


“Bütün xarici və daxili oyunçuları, o cümlədən ritorika planında maksimum təmkin nümayiş etdirməyə çağırırıq. İndi dərhal atəşkəsə nail olmaq və tərəfləri danışıqlar masasına qaytarmaq üçün maksimum diqqətli olmaq vacibdir”, - deyə, rusiyalı diplomat vurğulayıb.


Rudenko Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi 1991-ci ildən bu prosesdə iştirak etdiyini xatırladıb: “Biz bütün tərəfdaşlarla təmasları davam etdirmək niyyətindəyik”.


Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb. Bundan başqa, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə Xarici İşlər nazirləri ilə ayrılıqda telefon danışıqları aparıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top