Rayona gedən avtobuslarla bağlı QƏRAR

SOSİAL 28 sen 2020, 12:23

Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcək.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir.


"Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur", - deyə N. Allahyarova bildirib.(pravda.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top