Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırdı

SİYASƏT 28 sen 2020, 11:50

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.


Nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.


Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top