"Trabzonspor" Azərbaycana dəstək oldu

İDMAN 28 sen 2020, 09:49

Türkiyənin "Trabzonspor" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. 


Demokrat.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib. 


Paylaşımda "Dağ sizsiniz, torpaq biz, qanad sizsinizsə, yarpaq bizik. Türkiyəyik, Trabzonuq, Azərbaycanıq!" - yazılıb.


Qeyd edək ki, daha əvvəl "Qalatasaray" və "Fənərbağça" da Azərbaycana dəstək olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top