Yaponiya Ayda zavod tikəcək

DÜNYA 28 sen 2020, 09:28

Yaponiya Ayda yanacaq zavodunun tikintisini planlaşdırır.


“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.


Yaponiya mütəxəssislərinin hədəfi zavoddan Yerin peykinin mənimsənilməsi üçün istifadə etməkdir. Qeyd edilir ki, zavod göy cisminin Cənub qütbündə tikilə bilər. Alimlər həmin ərazidə buz mədənlərinin tapılacağını gözləyirlər.


Yaponiya zavodun tikintisinin 2035-ci ildə reallaşdırılacağını nəzərdə tutur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top