Gürcüstan patriarxı cəbhədəki qarşıdurma ilə bağlı bəyanat yaydı

SİYASƏT 27 sen 2020, 23:57

Gürcüstanın katolikos-patriarxı II İlya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən gərginliklə əlaqədar bəyanat yayıb.


Demokrat.az xəbər verir ki, bəyanatda Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.


“Ermənistanla Azərbaycan arasındakı son qarşıdurma xəbərini çox narahatlıqla öyrəndik. Bu bizim üçün xüsusilə ağrılıdır, çünki hər iki ölkənin qonşusu və dostuyuq. Gürcüstanda bir çox azərbaycanlı və erməni yaşayır.


Ümid edirik ki, hər iki ölkənin səlahiyyətliləri və beynəlxalq ictimaiyyət vəziyyətin kəskin şəkildə pisləşməsinə imkan verməyəcək. Bu, Qafqazda və bütün dünyada böyük bir problemə çevrilə bilər. Tanrıdan Ermənistana, Azərbaycana və bütün Qafqaza sülh bəxş etməsini diləyirik".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top