Qara Qarayev: “Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm”

GÜNDƏM 27 sen 2020, 22:31

“Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir”.


Demokrat.az xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Qara Qarayev deyib.


Onun sözlərinə görə, doğma kəndinin düşməndən azad edilməsini sözlərlə ifadə etmək mümkün deyil:


“Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top