Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb

GÜNDƏM 15 okt 2018, 23:00

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin ikinci cinayət işində onunla birgə daha bir şəxsin adı məlum olub.

 

"Report"un xəbərinə görə, bu, "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən və hazırda həbsdə olan sabiq deputat Dünyamin Xəlilovdur.

 

D.Xəlilov və 24 nəfər isə artıq cinayət materialları ilə tanış olub. C.Hacıyev isə hazırda cinayət materialları ilə tanış olur.

 

C.Hacıyevin tanışlıq mərhələsi yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

 

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.

 

D.Xəlilov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top