Paşinyan Qarabağa arvadını göndərdi

HADİSƏ 27 sen 2020, 21:00

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan tanınmamış Dağlıq Qarabağın paytaxtındadır. 


Demokrat.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində elan edib.


Hakobyana görə, o, bölgədəki münaqişənin böyüməsi fonunda "Artsax qardaşlarına yaxın olmaq” üçün Stepanakertə gəldi.


Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərinin Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutduğunu elan etdi. Öldürülən mülki şəxslər var. Erməni tərəfinin fikrincə, Qarabağ "hava və raket hücumlarına məruz qaldı". 


Qarabağ və Ermənistanda hərbi vəziyyət və səfərbərlik elan edildi. /Virtualazorg

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top