Separatçı rejimin rəhbəri: “Azərbaycan ordusu əsas yolları nəzarətə götürüb”

GÜNDƏM 27 sen 2020, 19:09

Qondarma “dqr prezidenti” Araik Arutyunyan Xankəndində qondarma “parlamentin” fövqəladə iclasında çıxışı zamanı Azərbaycan ordusunun Dağlıq Qarabağda əsas yolları nəzarətə götürdüyünü açıqlayıb. 


“Mən həmvətənlərimizi təşvişə düşməməyə çağırıram, sadəcə olaraq hərəkəti məhdudlaşdırmaq və ən zəruri hallarda yola çıxmaq lazımdır. Çünki onlar artıq yolları hədəfə götürüblər”,-Arutyunyan bildirib.


Qondarma rejimin rəhbəri deyib ki, indiki halda panika ölümə bərabərdir və “nə orduda, nə əhalinin sağlam hissəsində panika yoxdur”. 


O, baş verənləri “ölüm-dirim müahribəsi” adlandırıb.


Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərədə yerləşən hərbi qarnizonunun mühasirəyə alındığını açıqlayıb və erməni komandalığına təslim olmaq çağırışı edib.


Hərbi ekspertlər qeyd edirlər ki, Ağdərə polkunun mühasirəyə düşməsi Ağdam və Tərtər istiqamətindən gedən əsas yolların, o cümlədən Xankəndi-Ağdərə yolunun ordumuzun nəzarəti altına düşməsi halında mümkün ola bilərdi.(Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top