SON DƏQİQƏ! Azərbaycan Ordusu bir sıra kəndlərimizi işğaldan azad etdi — SİYAHI

GÜNDƏM 27 sen 2020, 14:09

Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. 

 

Demokrat.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin brifinqində nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub:

 

“Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. 

 

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

 

Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir”. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top