Səudiyyə Ərəbistanında 120 min illik ayaq izi tapıldı

MARAQLI 27 sen 2020, 00:24

Səudiyyə Ərəbistanında 120 min il əvvələ aid yüzlərlə ayaq izi qalıqları aşkar edilib.


“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, bəzi ayaq izlərinin bölgədəki insanlara aid ən qədim dəlil ola biləcəyi bildirilir.


Tədqiqatçıların Səudiyyə Ərəbistanının Nefud çölündə, qurudulmuş göl hövzəsində apardığı araşdırmalar zamanı 376 fosil iz aşkar edilib. 


Burada insan izlərindən başqa at, dəvə və fil izləri də müəyyən olunub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top