Deputat: “Paşinyanın ciddi hərbi doktrinası yoxdur”

GÜNDƏM 26 sen 2020, 23:10

Son vaxtlar Ermənistanın ardıcıl təxribatları fonunda Qarabağ probleminin hərbi müstəvidə həlli ehtimalı atmaqdadır. Maraqlıdır, problemin hərbi müstəvidə həlli Paşinyan hakimiyyətinə nə vəd edir? 


Ermənistanın hərbi məğlubiyyəti işğalçı ölkə daxilində Paşinyan rejiminə qarşı açıq və irimiqyaslı etiraz aksiyalarına səbəb ola, Paşinyan hökumətinin hakimiyyətdən getməsi ilə nəticələnə bilərmi? 

 

Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev hərbi münaqişə fonunda Paşinyan hakimiyyətinin devrilmə ehtimalının yüksək olduğunu qeyd etdi: 


“Azərbaycanda hərbi təlimlərin keçirilməsi ilə bağlı verilən anonsun özü belə Paşinyan hökumətində ciddi narahatlığa səbəb olub. Bundan Qarabağdakı qondrma rejim də narahatdır. 


Azərbaycan hərbi təlimlərlə bağlı anons səsləndirən kimi, Ermənistan sülh çağırışlarını dilə gətirməyə başladı. Paşinyanın ciddi hərbi doktrinası yoxdur. Onlar dövlət təhlükəsizlik strategiyası ilə bağlı qondarma bir sənəd hazırlamışdılar. Orada da əsasən digər dövlətlərin ərazilərinə qarşı iddialar yer almışdı.


Əgər həqiqətən də anti-terror əməliyyatları keçirilsə, bu, Paşinyan hakimiyyətinin sonu ola bilər. Çünki Paşinyan hakimiyyətə gələndə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vətəndaşlarına söz vermişdi. Problemin sülh yolu ilə həll ediləcəyini bildirmişdi. 


O, erməni ictimaiyyətinə digər vədlər də vermişdi. Lakin sonda məlum oldu ki, onun vədləri sadəcə populist çıxışlardır. 


Onun yeganə məqsədi Qarabağ kartı üzərindən oynayaraq öz hakimiyyətinin ömrünü uzatmaqdır. Lakin hərbi əməliyyatlar aktivləşsə, o zaman Paşinyan yalan vədlər hesabına qoruyub saxladığı hakimiyyəti qoruya bilməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top