"Mançester Yunayted"in matçında qeyri-adi hadisə baş verdi

İDMAN 26 sen 2020, 21:53

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib. 


Demokrat.az xəbər verir ki, turun açılış matçında "Mançester Yunayted" səfərdə "Brayton"la üz-üzə gəlib. Qarşılaşma "Mançester Yunayted"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.  


Görüşdə hesab 40-cı dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Nil Mope penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Lyuis Dank avtoqol müəllifi olub və hesab bərabərləşib.


55-ci dəqiqədə Markus Reşford komandası önə çıxarıb. 90+5-ci dəqiqədə isə Solomon Març bərabərlik qolunu vurub.


Bu da oyunda son qol olmayıb. "Mançester Yunayted"in hücumunda top Nil Mopenin əlinə dəyib. Baş hakim matçın başa çatdığını bildirsə də, sonda VAR-a (Video Köməkçi Hakim) baxmağa qərar verib və meydan sahiblərinin qapısına penalti təyin edib. Topa yaxınlaşan Brunu Fernandeş komandasına qələbə qazandıra qola imza atıb. 


Qeyd edək ki, "Mançester Yunayted"in birinci turdakı matçı təxirə salınmışdı, komanda ikinci turda "Kristal Pelas"a 1:3 hesabı ilə uduzub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top